30 iyun 2020-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 924,006 mln. manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 6,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 346,752 mln. manata (cari ilin əvvəlindən artım 4,6% - İF) bərabərdir. Aktivlərin strukturunda ASB-nin banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitləri xüsusi çəkiyə malikdir, onların həcmi 449,4 mln. manat (azalma 17,3 %) təşkil edir.
31 iyun 2020-ci il tarixinə bankın öhdəlikləri 821,815 mln. manat (azalma 7,2%) təşkil edib.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 655,315 mln. manata (azalma 8,4%) bərabərdir.
İyunun 30-na bankın kapitalı 102 mln. 190,75 min manat (artım 2,5%), nizamnamə kapitalı 60 mln. manat (dəyişməyib) təşkil edir.
2020-ci ilin yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 3 mln. 368,02 min manat (2019-cu ilin birinci yarısının göstəricisi ilə müqayisədə azalma 34,6% - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir.**
Ə.Məmmədov