“Bank of Baku” 2020-ci ilin I yarısında aktivlərini 0,5% - 379,215 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il iyunun 30-na bankın kredit portfeli 349,406 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,3% - İF) təşkil edib.
Bankın öhdəlikləri 309,652 milyon manata (azalma 2,3%) bərabərdir. İyunun sonuna bankda depozitlər 173,466 milyon manat (azalma 5,3%), əhalinin əmanətləri 156,251 milyon manat (azalma 5,3%) təşkil edir.
2020-ci ilin iyul ayının əvvəlinə “Bank of Baku”nun kapitalı 69 milyon 563,34 min manata (artım 8,7%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2020-ci ilin I yarısında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 405,27 min manat təşkil edib, bu da 2019-cu ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 83,3% azdır.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.**
Ə.Məmmədov