"Xalq Bank" 2020-ci ilin I yarısında aktivlərini 11,8% – 2 milyard 168,973 milyon manata qədər azaldıb. Bu barədə bankın məlumatında deyilir.
31 iyun tarixinə bankın kredit portfeli 1 milyard 565,772 milyon manata (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 14,4%) bərabərdir.
İyun ayının sonuna bankın öhdəlikləri 1 milyard 740,077 milyon manat (azalma 14,6%), o cümlədən depozit portfeli 1 milyard 430,994 milyon manat (azalma 16,6%) təşkil edib.
30 iyun 2020-ci il tarixinə "Xalq Bank"ın kapitalı 428,896 milyon manata (artım 2,2%), nizamnamə kapitalı 364 milyon 777,54 min manata (dəyişməyib) bərabərdir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə "Xalq Bank"ın xalis mənfəəti 17 milyon manat 179,33 min manat (artım 9,7%) təşkil edib.
"Xalq Bank" fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları üç hüquqi şəxsdir.**
Ə.Məmmədov