Azərbaycanda koronavirus infeksiyasına daha 391 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 28,633 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20,443 min nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib.
“7,805 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,221 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 649,953 mindir.**
X.Nəsirzadə