İyulun 22-də Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin PUA-sı dərhal aşkar olunaraq məhv edilib”, - deyə məlumatda bildirilir.
Bu, son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.*
B.Rüstəmbəyov