Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Bakıdakı səfiri Li Litsenbergerlə Azərbaycanın ABŞ-dakı diplomatik missiyalarının təhlükəsizliyi məsələsini müzakirə edib.
“ABŞ-ın Bakıdakı səfiri ilə görüşdə Azərbaycanın ABŞ-dakı diplomatik missiyalarının təhlükəsizliyi məsələsini müzakirə etdim. Səfir Los Ancelesdə baş verənlərə görətə əssüfləndiyini bildirib. O, mənə baş verən faktlara bəraət qazanadırıla bilmədiyini dedi. Təbii ki, ermənilərin radikal hərəkətləri ictimai qiymətini alıb. Artıq Los-Anceles polisi məsələ ilə əlaqədar bəyənatla da çıxış edib”, - deyə X.Xələfov bu gün mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, nəinki ABŞ-da, eləcə də digər paytaxtlarda Azərbaycanın diplomatik missiyalarının təhlükəsizliyi məsələsinə yenidən baxılacaq. “Dost ölkələrdən xahiş etmişik ki, diplomatik missiyamızın təhlükəsizliyinin təmin olunması və mühafizəsinin gücləndirilməsi üçün əlavə addımlar atılsın. Çünki hər bir ölkə ilə normal münasibətimiz var. Beynəlxalq əlaqələr sistemində yaradılan əməkdaşlıqda qarşılıqlı əlaqələr dayanır. Bu məsələdə ikili standartlardan söhbət gedə bilməz. Bütün dövlətlər üçün Vyana öhdəlikləri tam məcburidir. Belə öhdəliklər qarşılıqlı prioritet xarakter daşıyır”, - deyə o vurğulayıb.
Öz növbəsində, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva qeyd edib ki, polisin məlumatına görə, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribatda iştirak etmiş 15 nəfər tutulub.*
B.Rüstəmbəyov