Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisinə “Avalon-12” QSC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə 34 şəhər və rayonda (Ağcabədi, Ağdaş, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala, Qax, Qazax, Qobustan, Qusar) 500 fərdi evin tikintisi ilə bağlı müqavilə bağlanıb.
Müqavilənin dəyəri 34 milyon 539,616 min manatdır.*
X.Nəsirzadə