RF XİN başçısı Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə cümə axşamı telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi daxil olmaqla Cənubi Qafqazda cari vəziyyəti və Liviya problemini müzakirə ediblər.
“Bu yaxınlarda Ermənistanla Azərbaycan arasında zorakılığın gərginləşməsi ilə əlaqədar Rusiya tərəfi ölçülmüş yanaşmaların təzahürünün zəruriliyinə və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərin aktivləşməsi, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, gələcəkdə vəziyyətin gərginləşməsinə imkan verməmək məqsədilə münaqişəyə cəlb olunan tərəflərə təmkinli olmaq üçün təsirin göstərilməsinə diqqət yönəldilib”, - RF XİN-in saytında dərc olunan məlumatda deyilir. **