2020-ci ilin I yarısında “Expressbank” aktivlərini 11,3% - 300,535 milyon manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il iyunun 30-na bankın kredit portfeli 215,815 milyon manata (azalma 3,6%), istehlak kreditləri 120,119 milyon manata (azalma 12,6%), biznes kreditləri 67,364 milyon manata (artım 15,2%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 179,249 milyon manat (azalma 20,1%) təşkil edir. İyul ayının əvvəlinə bankın depozit portfeli 126,276 milyon manat (azalma 27,5%), əhalinin əmanətləri 107,804 milyon manat (azalma 24,4%) məbləğində olub.
İyun ayının sonuna bankın kapitalı 121,286 milyon manat (artım 6%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2020-ci ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 6,641 milyon manat (2019-cu ilin analoji dövrü ilə müqayisədə artım 2,1 dəfə - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.**
Ə.Məmmədov