2020-ci ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 10,8% - 7 milyard 706,4 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,6% - 4 milyard 161,4 milyon manatadək və ya bütün əmanətlərin 54%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib). May ayının sonuna dollarlaşma 53,9% səviyyəsində olub.
Yanvar-iyun aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 14,2% - 3 milyard 545 milyon manatadək (bütün əmanətlərin 46%-i) azalıb.
30 iyun 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 351,4 milyon manat, qeyri-rezidentlərin – 355 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 10,4%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 18,2% azalıb.
İyunun 30-na banklarda əmanət və depozitlərin həcmi 22 milyard 565,5 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 8,8% azdır.**
Ə.Məmmədov