2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 400 milyon 959 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 273 milyon 354,3 min manat (artım 13,1%) və ya bazar üzrə bütün sığorta haqlarının 68,2%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 131 milyon 499,3 min manat (artım 19,6%), qeyri-həyat sığortası üzrə sığorta haqları 142 milyon 15,4 min manat (artım 7,7%) təşkil edib.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə sığorta haqları 127 milyon 444,3 min manat (artım 6,6%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (112 milyon 74,8 min manat), könüllü tibbi sığorta (71 milyon 531,8 min manat) və AVSMMİS (40 milyon 167,8 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Ümumilikdə, bu üç sığorta növü üzrə sığorta haqları hesabat dövründə sığortaçıların daxilolmalarının 55,8%-ni təşkil edib.
Cari ilin yanvar-iyun aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 184 milyon 842,7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 55,2% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 153 milyon 829,9 min manat (artım 84,7%) və ya bazar üzrə bütün ödənişlərin 84,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 108 milyon 316,4 min manat (artım 2,7 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 45 milyon 513,5 min manat (artım 5,5%) məbləğində olub.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə ödənişlər 31 milyon 12,7 min manat (azalma 13,5%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (107 milyon 766,5 min manat), könüllü tibbi sığorta 35 milyon 488,7 min manat) və AVSMMİS (25 milyon 303,3 min manat) üzrə daha çox ödəniş ediblər. Ümumilikdə, bu üç sığorta növü üzrə ödənişlər hesabat dövründə bazar üzrə bütün ödənişlərin 91,2%-ni təşkil edib.
2020-ci ilin iyun ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
Ə.Məmmədov