1 iyul 2020-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,569 min ədəd bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 2,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulun 1-nə Bakıda 1,343 min ədəd (hesabat dövründə azalma 5,5%), bölgələrdə 1,226 min ədəd (dəyişməyib) bankomat quraşdırılıb.
2020-ci il iyulun 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 55,631 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 17,5% azdır.
Bununla yanaşı, Bakıda 36,326 min ədəd (azalma 11,2%), regionlarda 19,305 min ədəd (azalma 27,3%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 54,223 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,5%-i quraşdırılıb.**
Ə.Məmmədov