Lənkəran Şəhəri İcra Hakimiyyəti şəhərdə müxtəlif podrat işlərinin icrasını nəzərdə tutan 1 milyon 909,901 min manat ümumi məbləğdə 4 müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, "DİZAYN İNŞAAT GROUP" MMC ilə yaşayış binalarının əsaslı təmiri işlərinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 285,407 min manatdır.
İkinci müqavilə LƏNKƏRAN YOL TİKİNTİ ASC ilə imzalanıb və avtomobil yollarının təmir işlərinə yönəlib. Müqavilənin dəyəri – 790,256 min manatdır.
“ CONSTRUCTİON" MMC ilə imzalanan müqavilə yol kənarındakı hasarların və parkların təmir işləri və gül kollarının alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri – 620,292 min manatdır.
"STAR LAYTS" MMC ilə tikinti materiallarının satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 213,945 min manatdır. **
X.Nəsirzadə