2020-ci il iyunun 30-na Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqlarının ümumi aktivləri 350,3 milyon manat təşkil edib, bu da 2019-cu ilin sonuna olan göstəricidən 2,5% azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
Eyni zamanda, birinci yarımilliyin sonuna BOKT-ların aktivləri 334,5 milyon manat (azalma 2,4%), kredit ittifaqlarının – 15,8 milyon manat təşkil edib (azalma 4,8%).
2020-ci il iyulun 1-nə BOKT-ların krdeit portfeli 277 milyon manat (artım 3,1%), kredit ittifaqlarının – 14,1 milyon manat təşkil edib (azalma 5,4%).
Hesabat dövründə BOKT və kredit ittifaqlarının kapitallaşması 1,8% azalaraq 148,6 milyon manat təşkil edib, bunun 138,8 milyon manatı BOKT-ların kapitalının payına düşüb.
İyulun əvvəlinə BOKT-ların öhdəlikləri 195,7 milyon manata (azalma 2,8%), kredit ittifaqlarının – 6 milyon manata bərabərdir (azalma 7,7%).
Tənzimləyicinin məlumatına görə, 2020-ci ilin birinci yarısında BOKT-ların ümumi xalis mənfəəti 8,3 milyon manat təşkil edib, həmçinin kredit ittifaqları yarımilliyi 0,3 milyon manat zərərlə başa vurublar.
2020-ci il iyunun 30-na Azərbaycanda 87 BOKT, həmçinin 42 kredit ittifaqı fəaliyyət lisenziyasına malik olub. 11 BOKT-da xarici kapital var.
Ümumilikdə, birinci yarımilliyin sonuna BOKT-ların 231 filialı var, bu seqmentdə 2,124 min nəfər çalışır. **
Ə.Məmmədov