Azərbaycanda koronavirus infeksiyasına daha 332 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 29312 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21547 min nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib.
“7,365 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,037 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 667,819 mindir.**
X.Nəsirzadə