Moskvanın cənub-qərbində naməlum şəxslər Azərbaycan mətbəxi kafesinə basqın ediblər. Bu barədə “İnterfaks”a məlumatlı mənbə bildirib.
“Naməlum şəxslər Mosfilmovsk küçəsində Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırandan sonra üç avtomobil ilə hadisə yerindən uzaqlaşıblar”, - agentliyin həmsöhbəti bildirib.
Hüquq-mühafizə orqanları tərəfindən basqın edən şəxslər axtarılır.
Öncə Moskvanın Marino rayonunda silsilə quldurluq və davaya görə 25-dən artıq şəxs saxlanılıb. Dava iştirakçıları Ermənistan və Azərbaycan vətəndaşları olublar.
Bundan başqa, cümə günü axşam saatlarında Salaryevo şəhərinin cənub-qərb hissəsində kafedə ermənilər və azərbaycanlılar arasında daha bir münaqişə baş verib. Binanın şüşələri sındırılıb. **