“S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “stabil” saxlanılıb. Bu barədə agentlikdən məlumat verilir.
“Covid-19 ilə əlaqədar karbohidrogen qiymətlərinin aşağı düşməsi və iqtisadi fəallığın kəskin azalmasına baxmayaraq, Azərbaycanın maliyyə və xarici mövqeləri “BB” katerqoriyasında qiymətləndirdiyimiz suveren dövlətlər arasında ən güclülərdən biri olaraq qalır. 2020-2023-cü illərdə ÜDM-in təxminən orta hesabla 85%-i səviyyəsində proqnozlaşdırılan mühüm likvid dövlət aktivləri bundan sonra da xarici sarsıntılardan müdafiəni təmin edəcək”, - məlumatda qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Lakin reytinqlər əvvəlki kimi, zəif instisional efektivlik, orta artım tendensiyası ilə kiçik və cəmlənmiş baza, pul-kredit siyasətinin məhdud çevikliyi ilə məhdudlaşır.
"Stabil" proqnoz 2020-ci ildə karbohidrogen qiymətlərinin aşağı düşməsi və iqtisadi azalmaya baxmayaraq, gələn ildən yenidən müşahidə olunacaq iqtisadi artımın Azərbaycanın maliyyə və xarici mövqelərinin maddi olaraq pisləşməsinin qarşısını alacağına dair gözləntilərimizi əks etdirir. Buna baxmayaraq, gözləyirik ki, Azərbaycan iqtisadiyyatının oxşar inkişaf səviyyəsindəki olan ölkələrlə müqayisədə ortamüddətli dövrdə yalnız orta səviyyədə inkişaf edəcək. Güman edilir ki, manatın ABŞ dollarına qarşı de-fakto məzənnəsinin sabit qalması hökumətin böyük xarici aktivləri ilə dəstəklənəcək”, - agentlik qeyd edir.
Agentliyin qiymətləndirmələrinə görə, COVİD-19-un ev təsərrüfatı, kiçik biznes və xidmətlər sektoruna mənfi təsirinin yumşaldırlması məqsədilə Azərbaycan hökuməti 3.5 milyard manat məbləğində dəstək paketi qəbul edib ($2,01 milyarda yaxın və ya 2019-cu ildə ÜDM-in 4,2%-nə yaxın).
Agentlik hesab edir ki, Azərbaycanın fiskal və xarici xalis aktivlər (səhmlər) ilə bağlı güclü mövqeləri reytinqin güclü tərəfləri olaraq qalacaq.
“Karbohidrogen ixracının kəskin azalmasını nəzərə alaraq, bizim proqnozlarımıza görə, 2020-ci ildə Azərbaycanın büdcə və xarici hesabları böyük kəsirə malik olacaq, lakin 2022-2023-cü illərdə profisitə qədər yaxşılaşacaq. Guman edirik ki, devalvasiyanın təzyiqinə baxmayaraq, Azərbaycan manatın ABŞ dollarına faktiki bağlanmasını saxlayacaq”, - agentlik qeyd edir.
Məlumatda bildirilir ki, Azərbaycanın ÜDM-in 40%-dən çoxu, dövlət gəlirlərinin 50%-i və ixracın 90%-dən çoxu neft-qaz sektoru hesabına formalaşır. “Bu ölkə iqtisadiyyatını və kredit portfelini neft bazarında qiymətlərin və dünyada tələbatın kəskin qeyri-sabitliyi fonunda daha zəif edir. Karbohidrogen ixracının kəskin azalmasın səbəbindən gözləyirik ki, 2020-ci ildə cari əməliyyatlar hesabının saldosu ÜDM-in 6,3%-ə yaxın defisitə malik olacaq, lakin 2021-2023-cü illərdə ÜDM-in 4%-ə yaxın orta profisitə qayıdacaq, bu da karbohidrogenin qiymətlərinin bərpası və xam neftin hasilatının tədricən artımı ilə dəstəklənəcək. “Şahdəniz-2” qaz layihəsinin istismara verilməsi və gələcək bir neçə il ərzində onun genişləndirilməsi də xarici göstəriciləri dəstəkləməlidir”, - agentliyin analitikləri belə hesab edirlər.
Agentlikdə hesab edirlər ki, Azərbaycanın kredit reytinqləri iqtisadi göstəricilərin pisləşməsi, iqtisadiyyatın proqnozlaşdırıldığından daha yavaş bərpasəı halında endirilə bilər.
“Azərbaycanın reytinqləri xarici aktivlərin proqnozlaşdırdığımılzdan daha mühüm artımı zamanı yaxşılaşa bilər. Həmçinin, reytinqin yüksəlməsi Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın məhdud şaxələndirilməsi və pul-kredit siyasətinin mühüm dərəcədə məhdudlaşdırılması kimi bəzi struktur maneələrin aradan götürülməsinə yönələn islahatların tərtib olunub tətbiq edildiyi halda mümkündür”, - S&P-nin məlumatında deyilir. **
N.Abbasova