“S&P Global Ratings" beynəlxalq reytinq agentliyi2020-ci ildə Covid-19 koronavirus və neftin qiymətinin daha aşağı olması səbəbindən Azərbaycanda ÜDM-in 6,9% səviyyəsində proqnozlaşdırır, 2021-2023-cü illərdə ÜDM-in orta illik artımı 3,7% təşkil edəcək.
Apreldə agentlik 2020-ci ildə Azərbaycanda ÜDM-in azalmasını Covid-19 koronavirus və neftin qiymətinin daha aşağı olması səbəbindən 6,6% səviyyəsində proqnozlaşdırıb.
Agentliyin dərc olunan yenilənmiş qiymətləndirmələrinə əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,9% (aprel proqnozu – 2,6%), 2022-ci ildə - 5%, 2023-cü ildə - 3% təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Biz 2021-ci ildən iqtisadi fəallığın tədricən bərpasını gözləyirik, 2021-2023-cü illər ərzində ÜDM-in orta hesabla 3,7% təşkil edəcək. Artım daxili tələbatın bərpası ilə dəstəklənəcək, buna fiskal təkanlar və karbohidrogen ixracının artımı imkan verəcək. 2018-ci ilin iyul ayında “Şahdəniz-2” iri qaz yatağının ilkin mərhələsinə başlanılıb, həmin dövrdən etibarən Azərbaycan qazı Türkiyəyə nəql olunur. Növbəti 4-5 il ərzində layihə tam gücünə çatanda qaz ixracının tədricən artacağını gözləyirik. 2020-ci ilin 3-cü rübündən sonra Azərbaycan qazının Avropaya çatacağını gözləıyirik, bu da geniş iqtisadi dinamikanı möhkəmləndirməlidir”, - agentliyin məlumatında vurğulanır.
S&P gözləyir ki, 2022-ci il aprel ayından sonra Azərbaycan 2019-cu ilin sonuna malik olduğu neft hasilatı göstəricilərinə nail olacaq.
Eyni zamanda, 2020-ci ildə ÜDM-in nominal həcmi $38 milyard, 2021-ci ildə - $44 milyard, 2022-ci ildə - $48 milyard və 2023-cü ildə - $51 milyard təşkil edəcək.
Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan güclü xarici balansa, ARDNF-də toplanan mühüm xarici aktivlərə malikdir.
Qiymətləndirmələrə görə, 2020-ci ildə tədiyə balansının kəsiri ÜDM-in 6,3%-ni təşkil edəcək və 2021-2023-cü illərdə profisitə çevriləcək: 2021-ci ildə - ÜDM-in 0,6%-i, 2022-ci ildə - ÜDM-in 5,5%-i, 2-23-cü ildə - ÜDM-in 6,3%-i.
2020-ci ildə xarici ticarətdə Azərbaycanın profisiti ÜDM-in 5,8%-i, 2021-ci ildə - ÜDM-in 10,7%-i, 2022-ci ildə - ÜDM-in 14,5%, 2023-cü ildə - ÜDM-in 15,4%-i təşkil edəcək.
S&P-nin qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatına investisiyalar ÜDM-in 23,5%-i, 2021-ci ildə - ÜDM-in 22%-i, 2022-ci ildə - ÜDM-in 20,6%-i, 2023-cü ildə - ÜDM-in 20,!%-i təşkil edəcək.
S&P gözləyir ki, 2024-cü ilədək olan dövrdə manatın ABŞ dollarıan nisbətən orta məzənnəsi dəyişilməz qalacaq - 1,7 AZN/$1.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırmışdı. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar hökumət cari ilin yekunları üzrə ÜDM-nin cüzi azalacağını gözləyir.
Bununla yanaşı, bütün beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayacaq. Xüsusilə Dünya Bankı 2,6% (2021-ci ildə artım 2,2%), Beynəlxalq Valyuta Fondu 2,2% (2021-ci ildə artım 0,7%), Asiya İnkişaf Bankı 0,1% (2021-ci ildə artım 1,2%), Avropa Yenidənqurma və İnkişaf Bankı 3% (2021-ci ildə artım 3%) səviyyəsində azalma proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
N.Abbasova