Azərbaycanın RF-dəki səfiriPolad BülbüloğluRusiyada yaşayan Azərbaycan vətəndaşlarını ermənilərtərəfindən təxribatlara uymamağa və Rusiyanın qanunlarına riayət etməyə çağırıb.
“Siz Rusiyada yaşayırsınız, çoxlarınız bu Böyük ölkənin vətəndaşlarıdır. Sizdən xahiş edrəm ki, buradakı qayda və qanunlara riayət edəsiniz. Pandemiya şəraitində xoşagəlməz vəıziyyətə düşməmək məqsədilə qanunları pozmadan ədalətli mübarizəmiz naminə özünüzü qoruyun, çünki bizim Sizinlə məqsədimiz eynidir – Vətəni qorumaq, onun ərazi bütövlüyü və tarixi həqiqətini bərpa etmək”, - səfirin “İnterfaks-Azərbaycan”a daxil olan müraciətində deyilir.
Bülbüloğlu “təxribatlara layiqli cavab vermək üçün” azərbaycanlıları birliyə, lakin küçə davaları səviyyəsinə düşməməyə çağırıb. “Bizim mübarizəmiz sırf hüquq müstəvisində aparılmalıdır”, - səfir bəyan edib.
Həmçinin, diplomat vurğulayıb ki, hazırki şəraitdə əsas vəzifə birləşərək “azərbaycanlılara qarşı zorakılıq aktlarının ədalətli araşdırılmasını tələb etmək və müqəssirləri məsuliyyətə cəlb etməkdir”. **
N.Abbasova