Şənbə günü Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Moskvanın cənub-şərqində ermənilər və azərbaycanlılar arasında baş vermiş növbəti kütləvi dava barədə məlumat yoxlanılır.
“Moskvanın cənubunda, Marşal Zaxarov küçəsi, ev 20 ünvanında gənclər arasında kütləvi dava baş verir. Həmin şəxslərin Ermənistan və Azərbaycan vətəndaşları olduğu ehtimal olunur. Polis tərəfindən bu məlumat yoxlanılır”, - “İnterfaks”a məlumatlı mənbə bildirib. **