Peterburq və Leninqrad vilayəti hüquq-mühafizə orqanları əməkdaşları Azərbaycan və Ermənistan diasporlarının nümayəndələri arasında toqquşmanın qarşısını almağa müvəffəq olublar. Bu barədə şənbə günü “İnterfaks”a məlumatlı mənbə bildirib.
Polislərə məlum olub ki, iyulun 23-də Azərbaycan vətəndaşları axşam saatlarında Böyük Obuxovsk körpüsü yaxınlığında Ermənistan vətəndaşları ilə görüşməyi qərara alıblar, 50-yə yaxın şəxsin gəlməyi gözlənilib. “Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi ilə əlaqədar tədbirin kütləvi iğtişaşlara keçməyindən narahat olublar”, - mənbə izah edib.
Onun məlumatına görə, görüşdən öncə 40-a yaxın azərbaycanlı Vsevolojsk rayonunun Novosaratovka kəndində restoranda toplaşıblar. Polis əməkdaşları da həmin restorana gəliblər.
“Toplaşanların sənədləri yoxlanılıb. Sonda profilaktik tədbirlər çərçivəsində 25 nəfər polis bölməsinə gətirilib. Onların telefonlarına baxış keçirilib və həmin restoranda çəkilən Azərbaycan vətəndaşlarını dəstəkləyən videomüraciət aşkar olunub”, - agentliyin həmsöhbəti bildirib.
O əılavə edib ki, yığıncağın fəsal iştirakçılarının biri barəsində RF ərazisində olma rejiminin pozulması ilə baölı inzibati protokol tərtib olununb, digərlərinə kiçik xuliqanlıqda təqsirli biliniblər. O cümlədən, Azərbaycan diasporasının nümayəndələri ilə ictimai asayişin pozulmasının yolverilməz olduğu barədə söhbət aparılıb.
Agentliyinin digər mənbəyinin sözlərinə görə, şənbə gününə keçən gecə qeyd olunan fakt üzrə millətlərarası ədavətin qızışdırılmasına dair cinayət işi açılıb, “Biz nəfər saxlanılıb”, - o dəqiqləşdirib.
Vəizyyətlə əlaqədar “İnterfaks” rəsmi şərh əldə etməyib. **