Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçiləri əməkhaqlarına müddətli əlavə alacaqlar.
Azərbaycan Respublikasının baş naziri Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.
Xəbər verildiyi kimi, 2020-ci il iyulun 25-nə olan vəziyyətə görə, Azərbaycanda 29633 koronavirusa yoluxma faktı qeydə alınıb. Həmçinin, 22082 nəfər sağalıb, 408 nəfər vəfat edib. 7,143 min nəfər müalicə alır. **
N.Abbasova