“Azərbaycan Hava Yolları” QSC iyulun 26-da çarter reysi ilə Moskvadan COVID-19 koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış 201 Azərbaycan vətəndaşını Vətənə gətirib.
“Təyyarənin göyərtəsinə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb.Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar”, - “İnterfaks-Azərbaycan”a AZAL-dan bildiriblər.
Çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir. **
N.Abbasova