Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu öldürülüb. Bu barədə Ermənistan müdafiə nazirliyi bu gün məlumat yayıb.
Məlumata görə, iyulun 27-si saat 01:10-da hərbi hissələrdən birinin Azərbaycanla sərhəddə yerləşən döyüş mövqelərində açılan snayper atəşi nəticəsində müqaviləli hərbi qulluqçu Aşot Mikaelyan öldürülüb.*