2020-ci ilin yanvar-may aylarında Azərbaycana 150 min ton mineral gübrə idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $42 milyon 449,5 min (azalma 14,8%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $2 milyon 685,6 min dəyərində (azalma 10,3%) 14 min 476 ton (artım 1,5%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $17 milyon 535,9 min dəyərində (azalma 22,3%) 16 min 479,5 ton (azalma 14,3%) polietilen idxal edilib.
5 ay ərzində Azərbaycana $114 milyon 810,8 min dəyərində 149 min ton metalyayma məhsulu (artım 29,4%), $49 milyon 423,8 min dəyərində 89,963 min ton qara metaldan hazırlanan çubuqlar (artım 48,3%), $11 milyon 154,8 min dəyərində 14 min 702,3 ton qara metaldan hazırlanan günyə (azalma 2,3%), $111 milyon 595,4 min dəyərində (artım 3,7%) 67,823 min ton qara metaldan hazırlanan boru (azalma 7,7%) idxal edilib.*
B.Rüstəmbəyov