“Yelo Bank” 2020-ci ilin birinci yarısında aktivlərini 4,8% - 461 milyon 533,19 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il iyunun 30-na bankın kredit portfeli 305 milyon 171,01 min manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,3%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 407 milyon 435,29 min manat (azalma 2,4%) təşkil edir.
İyulun əvvəlinə “Yelo Bank”da depozitlər 307 milyon 109,58 manata (azalma 2,3%) bərabərdir.
2020-ci il iyunun 30-na bankın kapitalı 54 milyon 97,9 min manat (azalma 19,5%), nizamnamə kapitalı 348 milyon manat (dəyişməyib) təşkil edib.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 13 milyon 582,51 min manat (2019-cu ilin yanvar-iyun aylarında 2 milyon 746,46 min manat mənfəət əldə olunub - İF) təşkil edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” şirkətidir.*
Ə.Məmmədov