Azərbaycanda koronavirus infeksiyasına daha 396 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 30446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib.
“6,838 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,838 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 690,386 mindir.*
B.Rüstəmbəyov