Фzərbaycanın müdafiə naziri Zakir Həsənov Mərsinin Mut bölgəsində əsgərləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
“Mərsinin Mut bölgəsində əsgərləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”, - nazirin başsağlığı məktubunda qeyd olunur. **
X.Nəsirzadə