“Muğanbank” 2020-ci ilin birinci yarısında aktivlərini 10,4% - 591,807 milyon manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2020-ci il tarixinə bankın kredit portfeli 356,252 milyon manat (azalma 2,7%) təşkil edib. İyulun əvvəlinə istehlak kreditləri 36,177 milyon manat (azalma 34,2%),biznes kreditləri – 210,792 milyon manat (artım 1,1%) həcmində qiymətləndirilir.
Həmçinin hesabat dövrünün sonuna bankın öhdəlikləri 505,712 milyon manata (azalma 11,9%), bankda depozitlər 235,419 milyon manata (azalma 29,7%), həmçinin əhalinin əmanətləri – 191,894 milyon manata (azalma 19,8%)bərabərdir.
İyulun əvvəlinə “Muğanbank”ın kapitalı 86,095 milyon manat (azalma 1,1%), nizamnamə kapitalı 102,5 milyon manat (dəyişməyib) təşkil edib.
2020-ci ilin birinci yarısında fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 1 milyon 880,77 min manata bərabər olub (2019-cu ilin analoji dövrü ilə müqayisədə azalma 81% - İF).
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
Ə.Məmmədov