Azərbaycanın Kiyevdəki səfiri Elmira Axundova bazar ertəsi Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb. Bu barədə Ukrayna XİN məlumat verir.
“Görüşdə tərəflər Ukrayna-Azərbaycan strateji tərəfdaşlığın inkişafı və Cənubi Qafqazda təhlükəsizlik siyasəti ilə əlaqədar məsələlərin geniş spektrini, həmçinin Azərbnaycan-Ermənistan sərhədində bu yaxınlarda meydana gələn gərginliyi müzakirə ediblər”, - məlumatda deyilir.
Bildirilir ki, Bodnar Ukraynada Azərbaycan icmasına təmkinli olmaq müraciətinə görə Axundovaya minnətdarlığını bildirib. “Bu günə Ukraynada millətlərarası sülhün dəstəklənməsi üçün bütün səylərin sərf edilməsi vacibdir”, - Bodnar əlavə edib.
Həmsöhbətlər təsdiq ediblər ki, hər iki tərəf üçün təhlükə törədən dezinformasiya kampaniyalarına qarşıdurma üzrə nöqteyi-nəzərlər ümumidir.
Qeyd olunur ki, həmçinin diplomatlar siyasi əlaqələrin dərinləşməsi və ticarıt-iqtisadi sahədə layihələrin reallaşdırılması üzrə praktiki addımları müzakirə ediblər. O cümlədən, Azərbacanın sədrlik etdiyi GUAM çərçivəsində əlaqələrin aktivləşdirilməsinəı dair fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə