2020-ci ilin I yarısında Hesablama Palatasının saxlanması xərcləri 3 milyon 387,266 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
2020-ci il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 8 milyon 967,39 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 37,8%-i istifadə olunub.
Yanvar-iyun aylarında vəsaitlərin əsas həcmi – 2,341 milyon manat və ya I yarımmllik ərzində Palatanın bütün xərclərinin 41,3%-i Hesablama Palatası işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 568,917 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 244,639 min manat, ölkədaxili ezamiyyət xərcləri 6,889 min manat, xaricə ezamiyyət xərcləri 3,024 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.**
B.Rüstəmbəyov