2020-ci ilin birinci yarısında "Bank Avrasiya" aktivlərini 5,4% - 161,201 milyon manatadək azaldıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
30 iyun 2020-cuiil tarixinə bankın kredit portfeli 107,216 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 1,9% - İF) təşkil edib. Həmçinin, istehlak kreditləri 8,456 milyon manat (artım 2,4 dəfə), biznes kreditləri – 57,762 milyon manat (azalma 8,5%) həcmində qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 93,389 milyon manat (azalma 7,3%) təşkil edir.
Birinci yarımilliyin sonuna bankda depozitlər 47,852 milyon manata (azalma 11,1%), həmçinin əhalinin əmanətləri – 40,396 milyon manata (artım 3,6%) bərabərdir.
30 iyun 2020-ci il tarixinə “Bank Avrasiya”nın kapitalı 67,812 milyon manat (azalma 2,7%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2020-ci ilin yanvar-iyun aylarının yekunları üzrə bankın xalis zərəri 2019-cu ilin 6 ayı ərzində 2 milyon 633,82 min manat məbləğində mənfəətə qarşı 1,578 min manat təşkil edib.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
Ə.Məmmədov