“Bank BTB” 2020-ci ilin I yarısında aktivlərini 5,5% - 360,162 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun 30-na bankın kredit portfeli 209,92 mln. manat (artım 1,6%) təşkil edib.
Bankın öhdəlikləri 296,166 mln. manata (artım 6,7%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 134,437 mln. manat (artım 0,8%) təşkil edib.
İyulun əvvəlinə bankın kapitalı 63,996 mln. manata (artım 0,4%), nizamnamə kapitalı 66,45 mln. manata (dəyişməyib) bərabərdir.
I yarımilliyin yekunları üzrə bankın xalis zərəri 2019-cu ilin analoji dövrünün yekunları üzrə 895 min manat xalis mənfəətə qarşı 107 min manat təşkil edib.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
Ə.Məmmədov