2020-ci ilin birinci yarısında “VTB Bank (Azerbaijan)” ASC aktivlərini 7,1% - 168,56 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il iyunun 30-na bankın kredit portfeli 70,464 milyon manata bərabərdir (artım 13,5%).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 106,866 milyon manat (artım 10,1%), depozitləri 61,381 milyon manat (artım 4,1%), o cümlədən fiziki şəxslərin əmanətləri 33,379 milyon manat təşkil edir.
İyulun əvvəlinə bankın kapitalı 61,693 milyon manat (artım 2,3%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 1,545 milyon manat təşkil edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov