“Azərişıq” ASC Yevlax və Goranboy rayonları ərazisində aqroparkların elektrik təchizatı ilə bağlı işlər üçün podratçılar seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tender Yevlax və Goranboy rayonları ərazisində aqroparkların elektrik təchizatı üçün 35/0.4 kV-luq yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi və 35/0,4 kV-luq kompleks transformator məntəqəsinin quraşdırılması işlərinin satın alınmasını nəzərdə tutur.
Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 400 manatdır.
Tender təklifləri 14 sentyabr saat 16:00-dək qəbul olunur. Tender proseduru 15 sentyabr saat 16:00-da baş tutacaq.
Telefon: (+99412) 440-39-93 (daxili: 23-71). Əlaqələndirici şəxs: Namiq Heybətov.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova