2020-ci ilin I yarısının yekunları üzrə “Aqrarkredit” QSC-nin kredit portfeli 87,2 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
2019-cu ilin yekunları üzrə “Aqrarkredit” QSC-nin kredit portfeli 76,753 milyon manat təşkil edib. Beləliklə, I yarımillikdə cəmiyyətin kredit portfeli 13,6% artıb.
“I yarımillikdə QSC öz vəsaitləri, eləcə də Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına 482 sahibkarlıq subyektinə 12,1 milyon manat kredit verib”, - deyə məlumatda bildirilir.
I yarımilliyin yekunları üzrə cəmiyyətin aktivləri 12 milyon 423,9 min manat (azalma 1,6% - İF), öhdəlikləri 12 milyon 393,2 min manat (azalma 1,7%) məbləğində olub.
30 iyun tarixinə “Aqrarkredit”in kapitalı 30,7 milyon manat (artım 22,8%), nizamnamə kapitalı 22,7 milyon manat (dəyişməyib) təşkil edir.*
Ə.Məmmədov