Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif təyinatlı nəqliyyat vasitələrinin satın alınmasına 579,2 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu məqsədlə nazirlik 3 müqavilə bağlayıb.
«Caspian House» MMC ilə yüksək keçicilik qabiliyyətli “universal” tipli minik avtomobillərinin satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 154,4 min manatdır.
Bundan başqa, «Azermash Group» MMC ilə yüksək keçicilik qabiliyyətli yük-sərnişin tipli nəqliyyat vasitələrinin və bortlu yük avtomobillərinin satın alınması haqqında 2 müqavilə bağlanıb. Müqavilələrin ümumi dəyəri 424,8 min manatdır.
Satın alınan nəqliyyat vasitələrinin sayı açıqlanmır.*
B.Rüstəmbəyov