Azərbaycanda koronavirus infeksiyasına daha 363 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 31221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib.
“6,288 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,817 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 708,632 mindir.*
X.Nəsirzadə