"AFB Bank" 2020-ci ilin I yarısında aktivlərini 0,2% - 573,389 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun 30-na bankın kredit portfeli 439,015 milyon manata (artım 20% - İF), istehlak kreditləri 36,762 milyon manata (artım 9,2%), biznes kreditləri 363,094 milyon manata (artım 24,6%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 494,884 milyon manat (artım 0,1%) təşkil edir.
İyul ayının əvvəlinə bankda depozitlər 388,703 milyon manata (artım 2,4%), fiziki şəxslərin əmanətləri 34,749 milyon manata (artım 0,7%) bərabərdir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 78 milyon 505,12 min manat (azalma 2,4%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 222,39 min manat (2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 92,1% - İF) manat təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov