Astara Rayon İcra Hakimiyyəti şəhərdə abadlıq işlərinin həyata keçirilməsinə «ATF» MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə ümumi dəyəri 1 milyon 139,606 min manat olan 2 müqavilə bağlanıb.
Birinci müqavilə Ağsuda abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 644,337 min manatdır.
İkinci müqavilədə şəhər yollarının əsaslı təmiri nəzərdə tutulur. Müqavilənin dəyəri 495,269 min manatdır.*
X.Nəsirzadə