Çərşənbə günü Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib”, - nazirlikdən qeyd olunur. **
B.Rüstəmbəyov