Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsində elektrik və qaz təchizatı və abadlıq işlərinə 12 milyon 989,818 min manat yönəldəcək.
www.tender.gov.azsaytının məlumatına əsasən, MKSİF qeyd olunan işlərin icrası ilə əlaqədar 3 müqavilə imzalayıb.
Xüsusilə, “Bakelektro” ASC ilə daxili və xarici elektrik təchizatı şəbəkəsinin tikintisinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 4,3 milyon manatdır.
“Tunel-metro İnşaat” MMC ilə qaz təchizatı şəbəkəsinin yaradılmasına dair müqavilə imxzalanıb. Müqavilənin dəyəri – 4 milyon 865,72 min manatdır.
“Konsept Hoding” MMC ilə yaşayış məhəlləsində abadlıq və tikinti işlərinin həyata keçirilməsinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 3 milyon 824,097 min manatdır. **
B.Rüstəmbəyov