Azərbaycan Mərkəzi Bankı avqust ayında ani ödəniş sistemi üzrə pilot layihəni istifadəyə verməyi planlaşdırır. Bunu AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoruKəmalə Qurbanovadeyib.
“Ümumilikdə, sistem 2020-ci ilin sonuna qədər tam istifadəyə verilməlidir. Lakin artıq avqust ayında bir neçə bankın iştirakı ilə pilot layihəyə başlamağı planlaşdırırıq, bütün sistem sınaqdan keçiriləcək”, - Qurbanova bu gün mətbuat konfransında bildriib.
Ani ödəniş sistemi fiziki və hüquqi şəxslərə 7/24/365 rejimində əməliyyat aparmağa imkan verəcək.
İsveçrənin CMA Small Systems AB şirkəti bu sistemin hazırlanması ilə məşğul olur. **
Ə.Məmmədov