Moldova prezidenti İqor Dodon ökədəki Azərbaycan və Ermənistan icmalarının nümayənələrini münaqişəli vəziyyətlədən çəkinməyə çağırıb.
Prezident cümə axşamı Facebook səhifəsində məlumat verib ki, bununla əlaqədar Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Firuz İsayev və erməni icmasının nümayəndəsi Gennadi Babayan ilə işgüzar görüş keçirib.
“Görüş zamanı tərəflər gələcəkdə münaqişəli vəziyyətlərdən çəkinmək üçün səy göstərəcəklərinə dair razılığa gəliblər. Öz tərəfimdən qeyd etdim ki, Moldova Respublikası – neytral polietnik dövlətdir, ölkə rəhbərliyi isə bütün vətəndaşların vahid xalq təşkil etdiyi cəmiyyətimizdə xalqlararası sülh və razılığın qorunmasının tərəfdarıdır” , - Dodon vurğulayıb.
Görüşdə azərbaycanlılar icmasının rəhbəri Heybət Məcidov və erməni icmasının sədri, parlamentin Sosialistlər Partiyasından olan deputatı Qayk Vartanyan iştirak etməyiblər. Onların və rəhbərlik etdikləri təşkilatların iyulun 22-də ermənilər və azərbaycanlılar arasında baş verən kiçik dava ilə əlaqələri olub. Yalnız Moldova polisinin müdaxiləsi sayəsində münaqişənin böyüməsinin qarşısını almaq mümkün olub. **