Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunda avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12 milyon manat ayrılacaq.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılır.
Avtomobil yolu üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Sərəncamın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov