Azərbaycan 2020-ci ilin yanvar-iyun aylarında $911?9 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 6,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($162,3 milyon – artım 17,5%), qızıl ($85,7 milyon – artım 21,7%), çiyidli pambıq ($58,6 milyon – azalma 21,8%), təmizlənmiş fındıq ($54,5 milyon – azalma 19,7%), elektrik enerjisi ($41,6 milyon – azalma 19,8%), polipropilen ($39,9 milyon – artım 10,2%), kartof ($33,8 milyon, аrtım 26,1%), polietilenin ($24,4 milyon – azalma 41,8%) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($370,3 milyon – artım 4,3%), Türkiyə ($177,2 milyon - azalma 16,9%), Gürcüstan ($76,7 milyon – azalma 10,2%), İsveçrə ($96,1 milyon – artım 30,7%) və Çin ($28,3 milyon – artım 65,5%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 40,6%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyardı ötəcək.**
B.Rüstəmbəyov