2020-ci ilin yanvar-iyun aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $517,254 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2020-ci ilin yanvar-iyun aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($71,1 milyon), özəl şirkətlər arasında isə “SOCAR Polymer” ($64,8 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “Azərenerji" SC ($41,1 milyon), "Azəralüminum" MMC ($33,6 milyon), "AzerGold" QSC ($43,1 milyon), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC ($11,1 milyon), "Azərbaycan Hava Yolları” ($4,9 milyon), ”Azərbaycan İES” MMC ($822 min), «Azərtütün Aqrar Sənaye Kompleksi» MMC ($721 min), Naxçıvan Dövlət Energetika Xidməti ($240 min), «ASK AzərSüşə» MMC ($171 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə Azerbaijan International Mining Company ($51,7 milyon), "MKT İstehsalat Kommersiya" MMC ($36,7 milyon), «Land Lojistik” MMC ($53,7 milyon), «Sun Food» ($18,1 milyon), "Global Trade Group" MMC ($19,6 milyon), «Aqrovest» MMC ($14,9 milyon), "Baku Steel Company" MMC ($12,2 milyon), «AZAGROEXPORT 2017» MMC ($14,1 milyon), "Fruit Store" mmc ($24,3 milyon) daxildir.
Azərbaycan 2020-ci ilin yanvar-iyun aylarında $911,9 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova