2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 279,9 milyon manatlıq ($164,64 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə əməliyyatların həcmi 52,6% azalıb.
Cari ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 23,7 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 79,4% azdır.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 590,1 min turist gılib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.**
B.Rüstəmbəyov