2020-ci ilin yanvar-iyun aylarında “Azexport.az” portalına ümumilikdə $319,5 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin iyun ayında ixrac sifarişlərinin dəyəri $45,6 milyon təşkil edib.
2019-cu ildə “Azexport.az” portalına $595,7 milyon məbləğində ixrac sifarişləri daxil olub. Beləliklə, 2020-ci ildə sifarişlərin həcmi 15,9% artıb.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2020-ci il iyunun 1-nə kimi ixrac sifarişlərinin dəyəri $1 milyard 58,75 milyon təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekbar ayında “Azexport.az” portalını istifadəyə verib.**
B.Rüstəmbəyov