Moskva Qarabağda vəziyyətin gərginləşməsi fonunda bütün tərəfləri təmkinli olmağa çağırır, bu Azərbaycan-Türkiyə birgə hərbi təlimlərə də aiddir. Bunu RF XİN-in dpartament direktorunun müavini Anton Zaytsev deyib.
“Bizdə olan məlumata görə, qüvvədə olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığa dair sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək Azərbaycan ərazisində plana uyğun olaraq birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir”, - o brifinqdə bildirib.
“Sözsüz ki, biz regionda vəziyyəti çox diqqətlə izləyirik, xüsusilə bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində münaqişəni nəzərə alaraq və tərəfləri, o cümlədən cari hərbi fəaliyyətdə israrla təmkinli olamağa çağırırıq”, - Zaytsev vurğulayıb. **